Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / 10 günün gəlininin müəmmalı ölümü: “Onu həkimlər öldürdü”

10 günün gəlininin müəmmalı ölümü: “Onu həkimlər öldürdü”

Xəbər verildiyi kimi, Zərdab rayonunda 10 günün gəlini müəmmalı şəkildə dünyasını dəyişib.

Hadisə sentyabrın 15-də axşam saatlarında baş verib. Ağsu rayonundan 10 gündür ki, Zərdab rayonunun Məmmədqasımlı kəndinə gəlin gələn 1990-cı il təvəllüdlü Pərvanə Bulud qızı Zərbəliyeva ağır vəziyyətdə rayonun mərkəzi xəstəxanasına gətirilib.

Xəstəxanadan verilən məlumata görə, şok vəziyyətində xəstəxanaya daxil olan P. Zərbəliyevaya ilkin tibbi yardım göstərilib. Yaxınlarının təkidi ilə xəstə şəxsi maşınları ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Həmin xəstəxanadan verilən məlumata görə , o, xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Müəmmalı şəkildə dünyasını dəyişən gəlinin qayınatası Medik Salıyev AzVision.az-a bildirib ki, P. Zərbəliyevayanın ölümündə günahkar həkimlərdir.

Onun sözlərinə görə, gəlini Zərdab rayon Xəstəxanasında səhv vurulan iynə nəticəsində dünyasını dəyişib: “Oğluma təmtəraqlı toy etmişdik. Heç bir problem yox idi. Gəlin sağlam idi. Onun əvvələr səhhətində problem olmayıb. Toydan beş gün sonra onun ayaqlarında yüngül ağrılar yaranmağa başladı. Daha sonra qızı Zərdab rayon Mərkəzi Xəstəxanasına apardıq. Gəlin özünü yaxşı hiss edirdi. Xəstəxanda ona iynə vurdular. İynədən sonra onun bədəni göyərməyə başladı. Bizə dedilər ki, gəlini təcili Ucar rayon Mərkəzi Xəstəxanasına aparın. Ucara yola düşəndə qız maşında dünyasını dəyişdi. Hər şey o iynədən sonra baş verdi. Həkimlərin səhvi ucbatından gəlinimi itirdim. Səhv vurulan iynə onun bədəninə düşmədi, şok keçirdi. Gəlinimi həkimlər öldürdü. Hazırda onun cənazəsini ata yurduna aparırıq. Orada dəfn olunacaq. Hadisə ilə bağlı prokurorluq və polis oraqlanarı tərəfindən hadisə aradırılı”-, deyə o qeyd edib.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın