Azərbaycanda gün ərzində 500-dən çox gizli toy olur. Bu sözləri tanınmış müğənni Xatirə İslam sosial şəbəkədə qeyd edib. Sənətçi toyların keçirilməsinə icazə verilməsini istəyib: “Bunlar nə vaxta qədər davam edəcək? Toylara ya icazə verilməlidir, ya da qanunsuz keçirilənlərin qarşısı alınmalıdır”. Müğənni gizlin şəkildə toylara dəvət edildiyini də vurğulayıb: “Dostlarımdan, tanışlarımdan da xahiş edirəm ki, məni gizli təşkil etdikləri toylara çağırmasınlar. Çünki qayda-qanun adamıyam, iştirak etdiyim məclisdə rahat olmalıyam. Məni düz başa düşün”.
