Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Əriylə öpüşən Xatirəni tənqid etdilər – “Gəlin səndən abırlıdır” + Video

Əriylə öpüşən Xatirəni tənqid etdilər – “Gəlin səndən abırlıdır” + Video

Müğənni Xatirə İslamın İnstaqram hesabında paylaşdığı son videosuna sosial şəbəkə istifadəçiləri tərəfindən həm tənqidi, həm də xoş sözlər yazılıb.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb ifaçının qatıldığı məclislərin birində həyat yoldaşı ilə rəqs edərkən onu dodağından öpməsi olub.

İzləyicilərin bir qismi müğənninin bu hərəkətinə “Gəlin səndən abırlıdır”, “Xatirənin get-gedə ağlı azalır”, “Vay ayıbdır. Heç gözləməzdim Xatirə xanım sizdən”, “Adamda bir abır-həya olar” və s.tənqidi şərhlər yazıb.

Digər qism isə Xatirəyə “Əridir də, öpəcək”, “Super. Allah ayırmasın”, “Allah daim xoşbəxt eləsin” kimi şərhlərlə dəstək olub.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …