Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Ərdoğan bu müğənnimizin ifasını sosial mediada paylaşdı

Ərdoğan bu müğənnimizin ifasını sosial mediada paylaşdı

Azərbaycanın gənc və istedadlı müğənnisi Günay Bəylərqızı Türkiyə mediasının gündəminə gəlib.
GoldNews.Az xəbər verir ki, ifaçının N saylı hərbi hissədə əsgərlər qarşısında canlı ifa etdiyi  “Çırpınırdı qara dəniz” mahnısı Türkiyədə və Azərbaycanda sosial şəbəkələrdə ən çox paylaşılan video olub. Günay Bəylərqızının bu performansı ən yuxarı dairələrin də diqqət mərkəzinə düşməyi bacarıb. Belə ki, onun möhtəşəm ifası Türkiyə Cümhuriyyətinin prezidenti Receb Tayyib Ərdoğanın rəsmi facebook səhifəsində paylaşılıb. Video bir neçə saata 60 mindən yuxarı izlənmə sayı əldə edərək rekorda imza atıb.
Qeyd edək ki, Günay Bəylərqızı ölkəmizdə keçirilən “Azərbaycanın səsi” müsiqi yarışmasında 3-cü yerə layiq görülüb.
13 yaşından oxumağa başlayan Günay 2010-cu ildə professional səhnəyə gəlib. müğənni bildirib ki, daha çox tanınmaq üçün yaxın günlərdə “O səs Türkiyə” müsabiqəsinə qatılacaq.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …