Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Ərəblər qız-gəlinlərinizi əlinizdən alıb kef çəkir” -Nadir Qafarzadə xalqı təhqir etdi

“Ərəblər qız-gəlinlərinizi əlinizdən alıb kef çəkir” -Nadir Qafarzadə xalqı təhqir etdi

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə xalqı təhqir edib.
Müğənni “Instagram”da onu tənqid edən şəxslərə verdiyi cavabda təhqiramiz ifadələrdən istifadə edib:
“Bədbəxt “insanlar”, görəsən, Allahın sizdən xəbəri var? Cahillər, gedin qeyrətinizə sahib çıxın. Ərəblər qız və gəlinlərinizi əlinizdən alıb kef çəkirlər, gedin onların dərdini çəkin”.
Müğənni sosial şəbəkədə yazdığı təhqirlərlə bağlı Lent.az-a açıqlama verib:
“Bəziləri yazıb ki, guya mən üzümü dartdırmışam, qaşımı aldırmışam. Birincisi, mən bunu etməmişəm, etsəm də heç kəsdən qorxmuram, çəkinmirəm, hər şeyi açıqlayaram. Mən səhnə insanıyam, daim formada olmalıyam. Barəmdə şərh yazan bəziləri də getsin öz doğmaları ilə maraqlansın. Bəziləri insanlara namus dərsi keçmək istəyir. Hamısı sosial şəbəkədə şir olublar.
Bu gün məni əsəbiləşdirdilər, cavablarını da artıqlaması ilə verdim. Dincəlsinlər. Amma bundan sonra özümü hirsləndirməyəcəyəm. Bu məsələlərlə vəkilim məşğul olacaq. Gəlib polis bölməsində mənə yalvararlar. Mən də bağışlamayacağam. Təhqir yazanlar öz cavablarını almalıdırlar. Bunu tək mən yox, bütün müğənnilər etməli, bu şeylərə son qoyulmalıdır”.(Oxu.Az )

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın