Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Ərəb şeyxləri Saatlıda

Ərəb şeyxləri Saatlıda

Zəngin ərəb şahzadə və şeyxlərinin Azərbaycandakı ov macəraları davam edir. Onlar ov üçün indi də Saatlıya gediblər.

Saatlı sakinlərinin virtualaz.org saytının Şirvan bürosuna verdiyi məlumata görə, rayona 50 nəfərədək ərəb qonaq gəlib. Onlar Saatlı şəhərinin mərkəzində hər cür şəraiti olan iki lüks ev kirayələyiblər.

“Belə görünür ki, ərəb qonaqlarımız Saatlıda hələ uzun müddət qalacaqlar. Belə ki, hər evi 4-5 aylığa kirayələyib və bunun üçün hər evin sahibinə bəri başdan 12000 manat ödəyiblər” – deyə rayondakı mənbələrimiz bildirib.

Məlumata görə, ərəb zənginləri ov əyləncəsi üçün Azərbaycanın ən böyük göllərindən olan Sarısu gölünün ərazisini seçiblər. Saatlıda yerləşən Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu, bataqlıq donuzu) ibarətdir. Bundan başqa burada olan əlverişli şərait hər il 300-350 min müxtəlif növ quşların (ördək, qaşqaldaq, qaz, sultan toyuğu, balkan, boz vağ) qışlamasını təmin edir.

Ərəb ovçuları artıq həmin əraziyə bir neçə konteynerdə ləvazimat da daşıyıblar. Kənar şəxslərin bu əraziyə girişi qadağan edildiyindən yerli sakinlərdə qonaqların hansı ov əyləncəsi ilə məşğul olacağı barədə məlumat yoxdur. Yerli sakinlər ova gələnlərin kim olduqlarını da bilmirlər.

Amma virtualaz.org saytının bundan əvvəl xəbər verdiyi kimi, ərəblər ötən ilin mart ayında da üç həftəyə yaxın Saatlı və İmişli rayonlarının ərazisində, Mil düzündə – Kür-Araz ovalığının cənub-qərb hissəsindəki ovalıqlarda əylənmişdilər. O zamankı ov həvəskarları isə keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olmuşdu. Həmin vaxt ərəb şeyxləri ov zamanı Saatlı rayonu ərazisində, elə Mil düzündə çadırlar quraraq orada qalırdılar. Yerli təbiət və sadə kənd adamları zəngin ərəblərə o dərəcədə xoş təsir bağışlamışdı ki, onlar burada hətta torpaq sahəsi almaq fikrində olduqlarını da dilə gətirmişdilər.

Xatirladaq ki, Dubayın şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri – Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid əl-Məktum və 100-ə yaxın səhabəsi ov etmək üçün bir ay əvvəl Azərbaycana gəlmişdi

Onlar ötən il olduğu kimi bu il də Hacıqabul rayonunun Qarasu kəndinə gediblər. Lakin 2-3 gün Hacıqabulda qalandan sonra şeyx müvəqqəti olaraq Dubaya qayıdıb. Amma onu müşayiət edən əshabə və xidmətçiləri hələ də Qarasudadır. Kənd sakinlərinin virtualaz.org saytına verdiyi məlumata görə, ərəblər Qarasu kəndində artıq iki mülk də alıblar.

 

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın