Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Ən aktiv və ən passiv seçki dairələri

Ən aktiv və ən passiv seçki dairələri

Ümumxalq səsverməsinin (referendumun) ən aktiv və ən passiv seçki dairələrinin adları açıqlanıb.

Azinforum.az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Ən aktiv seçki dairəsi 75 Saylı Lənkəran Masallı Seçki Dairəsidir ki, burada 38654 seçicidən 30 493-ü artıq səs verib. Bu isə qeyd olunan dairədə 78.89 faiz seçici fəallığı deməkdir.

Ən passiv seçki dairəsi isə yenə 26 Saylı Sabunçu Birinci Seçki Dairəsidir. Burada 49268 seçicidən yalnız 27 442-i səs verib. Beləliklə bu dairədə 55.70 faiz seçici fəallığı qeydə alınıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın