Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Əməkdar artist prodüseri təhqir etdi: “Nə zibildir ki, ona hədə-qorxu gəlim?”

Əməkdar artist prodüseri təhqir etdi: “Nə zibildir ki, ona hədə-qorxu gəlim?”

Əməkdar artist Baloğlan Əşrəfov qalmaqal yaşadığı prodüser Samir Xəttabın onun haqda verdiyi açıqlamaları yalanlayıb.
Belə ki, prodüser əməkdar artistin 8 sentyabrda reallaşan konsertinin kassasından 6000 manat pulu mənimsədiyini iddia edib.
Bu haqda Open.az-a açıqlama verən müğənni bildirib ki, prodüser bilet almağa gələnləri geri qaytarıb: “Konsert öncə təxirə salındı. Daha sonra özüm səhnəyə çıxaraq, konsert verdim. Çünki mənim üçün tamaşaçı hər şeydən önəmlidir. Birinci dəfədir görürəm ki, konserti təşkil edən şəxs qaçır. Özü də kimin əlində bilet olub, geri göndəriblər ki, qayıdın. Bilet almağa gələnləri geri qaytarıblar. Daha sonra insanlar məni tələb etdilər. Bir manatın da yiyəsi olmadım. Öz cibimdən ansamblın da pulun vermişəm. Xalqıma xidmət etmək istəyirəm. Anamın, atamın qəbrinə and olsun ki, pul zad görməmişəm. Mən pul söhbətindən uzaq adamam. Samirdən bir manat pul almış olsam, dilim qısa olar. Mənim nəyimə lazımdır? O xəstədir, dəlidir. Getsin dəlixanada yatsın. Fırıldaqçının biridir. Hələ məhkəmə olsun, onun zibilləri ortaya çıxacaq”.
Əməkdar artist oğlunun və yaxınlarının prodüserə hədə-qorxu gəlməsi barədə yayılan xəbərləri inkar edib: “Hədə-qorxu gəlməmişəm. O kimdir? Haranın zibilidir ki, onu təhdid edim? Mən ziyana getmişəm. Amma xalqıma qurban olsun”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …