Ana səhifə / Şou Biznes / Əməkdar artist oğlunun ölümündən danışdı… – VİDEO

Əməkdar artist oğlunun ölümündən danışdı… – VİDEO

Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanov oğlunun faciəvi ölümündən danışıb.

APA TV-nin “Show time” verilişində qonaq olan aktyor deyib ki, oğlunun ölüm xəbərini eşidən gündən xəstəliyə düşüb:

“Oğlumun faciəvi ölümünə pis oldum. Onun ölümündən sonra xəstəliyə tutuldum. Şəkər xəstəsi oldum. Onun vəfat etməsi xəbərini qəfildən dedilər, həmin anda da bədənimdə dəyişiklik hiss etdim. Oğlum çox gözəl müğənni idi. Evləndirmişdim, çox gözəl ailəsi var idi. Övladımı heç nədən itirdim. Ev tikdirirdik, ikinci mərtəbəsi qurulurdu. Evin içindən də pilləkən qaldırıldı. O pilləkən də tam qurulmamışdı. Yerdən 3 metr məsafədə idi. Oğlum o pilləkəndən yıxılıb, başına daş batdı. Və həmin an daş da düz şah damarını kəsdi. Və heç cür biz onu xilas edə bilmədik. Həyatımın ən çətin dövrü bu idi”.

Qeyd edək ki, “Show time” verilişi həftənin çərşənbə axşamı saat 15:10-da “APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın