Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Əməkdar artist: “Oğlum deyir ki, yaşlı-başlı qadınsan, geyiminə bax” – VİDEO

Əməkdar artist: “Oğlum deyir ki, yaşlı-başlı qadınsan, geyiminə bax” – VİDEO

Əməkdar artist Gülüstan Əliyeva oğlunun ona qoyduğu qadağalardan danışıb.

Axşam.az xəbər verir ki, “Ulduzlu yayım” proqramını evində qonaq edən müğənni övladının geyimlərinə irad bildirdiyini deyib:

“Əvvəl elə bilirdim ki, maraqlanmır. Başqa sahənin adamıdır. Arada elə nüanslar oldu ki, gördüm oğlum bütün müsahibələrimi izləyirmiş. 12-13 yaşında geyimlərimə müdaxilə edirdi. Deyirdi, bu nədir, qısa geyinmisən?

Böyüyəndən sonra iradlar davam etdi. Bu dəfə fərqli formada. İndi deyir yaşlı-başlı qadınsan, bu nədir, geyinirsən? Ailə qurandan sonra dəyişdi. Gördüm ki, oğlumun mənə, həyata, gəldiyim həyat yoluna baxışı, fikirləri dəyişdi. İrad da tutdu bəzi halları”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …