Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Əli və Nino” filminə hədiyyəli aksiya davam edir

“Əli və Nino” filminə hədiyyəli aksiya davam edir

 Gəncə şəhərində yerləşən premium kinoteatr “CinemaPlus” sakinlər tərəfindən böyük marağı nəzərə alaraq, gözlənilən “Əli və Nino” filminə hədiyyəli aksiyanı daha 1 ay uzadır. Film azərbaycan dilində nümayiş olunur.
Aksiya haqqında məlumat: Aksiyanın məqsədi əsas çəkilişləri Gəncə körpüsündə keçmiş “Əli və Nino” filmini sakinlərə pulsuz olaraq nümayiş etməkdir. Aksiya dekabr ayının 1-dək etibarlıdır və həftənin bazar ertəsindən cümə axşamınadək keçirilir. Hədiyyə biletlərdən aşağıda qeyd olunan tamaşaçılar yararlana biləcəklər:
1. Dövlət qulluqçular (müəllimlər, həkimlər və s.) və hərbiçilər 2. Tələbələr – təsdiq üçün tələbə bileti ilə birgə 3. Tamaşaçılar 50 yaşdan yuxarı 4. Məhdud fiziki imkanlı insanlar
“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri – Kris Tikye, rejissor – BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi – Academy Award mükafatı laureatı Kristofer Hemptondur.
Qurban Səidin eyni adlı romanı – dünya bestselleri əsasında ekranlaşdırılmış film XX əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsi və fərqli dinlərə mənsub iki gəncin məhəbbəti haqqında danışır. Film 2015-ci ildə çəkilmişdir. Çəkilişlər Bakıda – tarixi Köhnə şəhərin küçələrində və paytaxtın müxtəlif yerlərində, həmçinin Qobustan, Xınalıq və başqa yerlərdə aparılmışdır.
Filmdə çəkiliblər: Adam Bakri, Mariya Valverde, Xalit Ergenc, Mendi Petinkin, Koni Nilson, Rikkardo Skamarçio, Humayon Erşardi, Fəxrəddin Manafov, Assaad Buab, Numan Akar və başqa məşhur aktyorlar.
“CinemaPlus” hər zaman sizlərə xoş hisslər bəxş etmək və kinomatoqrafiyada çəkiləcək ən son premyeralar ilə sevindirməyə hazırdır!

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın