Ana səhifə / Şou Biznes / Əli Mirəliyev: “Müğənnilərin heç nəyi yoxdur, hamısı dilənçidirlər”

Əli Mirəliyev: “Müğənnilərin heç nəyi yoxdur, hamısı dilənçidirlər”

Ötən günlərdə Xalq artisti Könül Xasıyeva sosial şəbəkə hesabında Azərbaycan xalqına səslənərək əməliyyatı üçün maddi yardıma ehtiyacının olduğunu bildirib.

Daha sonra sənətçi həmkarlarına da yeni müraciət ünvanlayaraq, onlardan yardım istəyib.

K.Xasıyevanın bu addımı birmənalı qarşılanmayıb, bəziləri onu qınaq atəşinə tutub.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev həmkarına təriflər yağdırıb:

“Əvvəla, hər kəs bilməlidir ki, Könül Xasıyeva çox gözəl müğənnidir. Onun oxu tərzi gözəldir, Azərbaycan musiqisini yaxşı bilən sənətkardır. Muğamlarımızı gözəl ifa edir. Əgər yardım istəyən sıradan bir müğənni olsaydı, ona başqa cür cavab verərdim, amma bu Könül Xasıyevaya aid deyil”.

O, K.Xasıyevaya müraciət edərək bildirib ki, müğənnilərin pulu yoxdur və onlardan yardım istəmək heç bir effekt verməyəcək:

“Sadəcə mən Könülə bir məsləhət vermək istəyirəm, Könül, sən müğənnilərə müraciət edib yardım istəmə. Onların pulları yoxdur, yalandan basıb-bağlayırlar ki, toylara gedirik, bizim pulumuz var. Müğənnilərin heç nəyi yoxdur, hamısı dilənçidirlər. Bir-iksinin “Maybach” markalı maşın almağı ilə deyil ki… Hələ bilmək olmaz onlar o maşınları hansı yolla alıblar. Müğənniliklə maşın almaq mümkün deyil. Mən bunlarım hamısını çox yaxşı bilirəm. Elə bildiyimə görə də deyirəm ki, ay Könül, mənim əzizim, gözəl bacım, sən deputatlara, məmurlara, iş adamlarına, İcra başçılarına müraciət et. Onlar sənə kömək edə bilər. Sən yaşamalı, yaratmalı, oxumalısan. Könül xalqımıza lazımdır. Öz adımdan insanlara müraciət edirəm ki, Könül Xasıyevaya kömək edin, çünki o, xalqımızın ən gözəl sənətkarlarından biridir”.

Qeyd edək ki, Xalq artisti Könül Xasıyeva boğazında şiş aşkarlandığını Almaniyada əməliyyat üçün 254 min manata ehtiyacı olduğunu bildirib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …