Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / Əli Abbasov həbs oluna bilər

Əli Abbasov həbs oluna bilər

Sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov həbs oluna bilər. Bu barədə virtualaz.org-a istintaq orqanlarındakı məlumatlı mənbələr bildiriblər.

Qeyd edək ki, Rabitə Nazirliyinin həbs edilmiş, praktiki olaraq, bütün yüksək vəzifəli məmurları öz ifadələrində nazirlikdəki korrupsiya piramidasının başında məhz Əli Abbasovun durduğunu bildiriblər. Ələlxüsus, bu barədə dəfələrlə nazirliyin Aparatının keçmiş rəhbəri, qurumun tabeliyində olan müxtəlif idarələrdən “pay”ları və digər qeyri-qanuni ödənişləri tolpamış Vidadi Zeynalov da deyib.

Bundan öncə bir sıra kütləvi informasiya vasitələri Əli Abbasovun barəsində cinayət işinin başlandığını xəbər vermişdilər. “Trend” informasiya agentliyi də belə bir xəbərlə çıxış etmişdi. Lakin rəsmi olaraq istintaq orqanları sabiq nazir barəsində cinayət işi haqda məlumat verməyiblər.

 

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın