Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Əfv müracitələrinə baxılması yekunlaşdı

Əfv müracitələrinə baxılması yekunlaşdı

Martın 11-da Prezident yanında Əfv Məsələləri Komissiyasıəfv olunmaq istəyən məhbusların müraciətlərinin araşdırılması işini yekunlaşdırb.

Bu günkü iclasda əfv edilməsini istəyən 100-dən artıq məhbusun müraciətinə baxılıb. Komissiya üzvlərinin baxılan müraciətlərin əksəriyyətinə müsbət rəy verdikləri bildirilir.

İl ərzində komissiyada baxılmış müraciətlərin sayı 900-dən artıq olub. Komissiyanın indiyədək baxdığı müraciətlərin yarıya qədərinə – 450-dən çoxuna müsbət rəy verdiyi bildirilir.

Prosedura əsasən, komissiya əfv edilməsini uyğun hesab etdiyi məhbuslarla bağlı tövsiyyəvi qərar layihəsi hazırlayıb ölkə başçısına təqdim etməlidir.

Prezident yanında Əfv Məsələləri Komissiya 2017-ci ildə ilk dəfə fevralın 16-da, sonuncu dəfə isə dünən – martın 10-da toplaşmışdı.

Komissiya üzvləri Novruz bayramı ərəfəsində yeni əfv sərəncamının imzalanacağını gözləyirlər. İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü Arzu Abdullayeva Azadlıq Radiosuna bundan əvvəl demişdi ki, siyasi məhbus sayılan şəxslərdən 27-nin adı əfv komissiyasına verilib.

Hüquq müdafiə təşkilatları Azərbaycanda ümumilikdə 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Rəsmilər deyillər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın