Ana səhifə / Şou Biznes / Əfv Komissiyası sonuncu iclasını keçirdi – 450 məhbus azad oluna bilər

Əfv Komissiyası sonuncu iclasını keçirdi – 450 məhbus azad oluna bilər

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yekun iclası keçirilib.

Komissiyanın üzvü Rəşad Məcid AzVision.az-a bildirib ki, sonuncu iclasda 100-dən artıq müraciətə baxılıb.

Komissiya üzvü qeyd edib ki, indiyədək keçirilən iclaslarda ümumilikdə 900-dən artıq müraciət araşdırılıb və onların 450-sinə müsbət rəy verilib.

R.Məcid vurğulayıb ki, əfv sərəncamı ilə 450-ə yaxın məhbus azadlığa qovuşa bilər.

Qeyd edək ki, Novruz Bayramı ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı imzalaması gözlənilir.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın