Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Ədliyyə Nazirliyinə böhtan atan kollektorlar cəzasız qalıb – AUDİO

Ədliyyə Nazirliyinə böhtan atan kollektorlar cəzasız qalıb – AUDİO

“Baku Colleсting Agency”nin əməkdaşı: «Biz Ədliyyə Nazirliyinin əmri ilə ölkə daxilində borcları yığmaqla məşğuluq

2015-ci il martın 11-də tanınmış hüquqşünas Samir İsmayılov kavkaznews.az saytına mcopy32231üraciət edib: “ Mənim hələ adını çəkmək istəmədiyim müştərimə “Baku Collecting Agency”nin Ramin adlı əməkdaşı zəng vuraraq bildirib ki, guya mənim müştərimin “Unibank”a böyük miqdarda borcu var. Mənim müştərim isə bildirib ki, onun həmin banka heç bir borcu yoxdur”. Samir İsmayılovun müraciətindən sonra, biz “Baku Collecting Agency”nin əməkdaşı Raminlə əlaqə saxlayaraq, hansı əsasla “Unibank”a olan borcları tələb elədiyini soruşduq. O, bildirdi ki, “biz Ədliyyə Nazirliyinin əmri ilə ölkədaxili borcları yığmaqla məşğuluq”.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin ovaxtkı rəhbəri Aydın Ağazadə isə bizə bildirmişdi: “Bu, Ədliyyə Nazirliyinə böhtandır. Biz “Baku Collecting Agency”yə borclarla bağlı belə bir tapşırıq verməmişik” . Bu il avqustun 8-də sayt yenidən bu mövzuya qayıdaraq, öyrənmək istədi, bir il ərzində Ədliyyə Nazirliyi onun adından istifadə edən “Baku Colleсting Agency” şirkətinə qarşı hansı tədbirlər görüb? Biz sualımıza cavab almaq üçün Ədliyyə Nazirliyinin hazırkı mətbuat katibi Səyyad Məcidovla əlaqə saxladıq. “Mən ancaq bir şey deyə bilərəm: “Biz “Baku Colleсting Agency”yə himayədarlıq eləmirik”, – deyə S.Məcidov Kavkaznews.az-a bildirdi. “Bəs Ədliyyə Nazirliyinin adından öz məqsədləri üçün istifadə edən şirkətlə bağlı hansı tədbirlər görülüb?” – deyə soruşduq. “Bilmirəm”, – deyə nazirlik sözçüsü cavab verdi. Ədliyyə Nazirliyinin mətbuat katibi bizdən xahiş etdi ki, keçən il saytımızda çıxan yazıları onun emailinə göndərək və biz də bu xahişi yerinə yetirdik.

Ardı var..

 

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın