Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Əyləncədən imtina etmək lazımdır…” – 700 bal toplayan Arzu

“Əyləncədən imtina etmək lazımdır…” – 700 bal toplayan Arzu

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında 3 nəfər 700 bal toplayıb.

“Qafqazinfo” xəbər verir ki, qəbul imtahanında bütün suallara doğru cavab verməklə rekorda imza atan abituriyentlərdən biri Ağcabədi şəhəri, 3 saylı məktəb-liseyin şagirdi Məmmədzadə Arzu Ramil qızı Femida.az-a açıqlama verib.

O, 700 bal toplamağının özü üçün sürpriz olmadığını deyib:

“Bacım ötən il yüksək bal toplamışdı. Yüksək bal toplayacağıma inanırdım. Buna görə də 700 bal toplamaq mənim üçün sürpriz olmadı. Yüksək nəticə göstərmək üçün çox çalışmaq və kənar əyləncələrdən imtina etmək lazımdır”.

Hansı universitetə qəbul olmaq istədiyinə gəldikdə isə o müəllimləri ilə məsləhətləşdikdən sonra bu barədə qərar qəbul edəcəyini bildirib. Lakin əvvəllər Qafqaz Universitetində təhsil almaq arzusunun olduğunu da gizlətməyib:

“Qafqaz universitetinə qəbul olmaq istəyirdim. Lakin sonradan fikrimi dəyişdim. İndi yəqin ki, ya Dövlət İdarəçilik Akademiyası, ya da Dövlət İqtisad Universitetini seçərəm. İxtisas baxımından isə menecmentlə beynəlxalq münasibətlər ixtisası arasında seçim edəcəyəm”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın