Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Şou Biznes / Əsrin ən gözəl serialı açıqlandı

Əsrin ən gözəl serialı açıqlandı

XXI əsrin ən gözəl televiziya serialı “Taxt-tacların oyunu”dur.

Bu, Böyük Britaniyanın “Digital Spy” dərgisi tərəfindən keçirilən rəy sorğusu nəticəsində məlum olub.

Sonrakı yerləri “Netflix” şirkətinin məhsulu “Qəribə şeylər” (“Stranger Things”) və BBC məhsulu olan “Doktor Kim” (“Doctor Who”) serialları tutub.

Yuxarı onluğa habelə ardıcıllıqla “Şerlok”, “Şərə qarşı” (“Breaking Bad”), “Böyük britaniyalı bişir” (“Great British Bake off”), “Qətl ərəfəsi” (“Killing Eve”), “Qəvin və Steysi” (“Gavin & Stacey”), “Vəzifə borcu” (“Line of Duty”), “Çernobıl” kimi ekran əsərləri daxil olub.(report.az)

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …