Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Əshabi-Kəhf”in açılmayan sirri nədir? – İDDİA

“Əshabi-Kəhf”in açılmayan sirri nədir? – İDDİA

Batin alimi, misirşünas firudin Gilar Gəg Moderator.az saytına açıqlamasında “Əshabi-Kəhf” mağarasının rəmzi anlamı və orada gizlədilən sirdən danışıb:

“Quranda adı keçən sirli abidələrdən biri də “Əshabi-Kəhf” mağarasıdır. Rəvayətə görə, bu mağarada bir neçə nəfər yuxuya getmiş və yüz illər sonra ayılıblar. İnsan anatomiyasını bilənlər anlayır ki, belə bir hadisənin baş verməsi qeyri-mümkündür. Bu isə onu deməyə əsas verir ki, bu yazılar rəmzi mənadadırlar. Rəmzi məna isə bütün Quran kitabının batini mənasıdır və sufilərə görə burada söhbət tək Allahın bu dünyadakı fəaliyyəti ilə bağlıdır. Deməli, bu mağara haqda da söz demək üçün, qədim yazıların batini mənalarını açmaq lazımdır. Qədim Misir yazılarında, Tövratda və s. mətnlərdə “yatmaq” və “ölmək” sözləri eyni rəmzlə işarə onunur. Bu mətnlərə görə, Allah “Dünya”nı yeddi günə yaratdıqdan sonra yatır (ölür). Belə çıxır ki, bu rəvayətdə də “yatanlar” dedikdə – Allahın göydəki ruhlar dünyasını yaratdıqdan sonra, mumyalanmış cəsədlərinin “uyuması” rəmzləndirilib. Ra-Amon Allahının və onun əshabələrinin ruhları isə, yeddi günə yaradılan ruhlar dünyasında ölümsüzlük qazanıb”.

Barin alimi həmçinin orta əsr sufilərindən sitat gətirərək peyğəmbər və kainat, kosmik qüvvə anlamlarının açımını da verib:

“Sufi-batinilərdə “Əshab” rəmzi – “Sahu-Ba” kimi açılır ki, buradakı “Sahu” rəmzi – qədim Misir yazılarında, insan öləndən sonra bədənindən çıxan ruhunu bildirirdi. “Ba” rəmzi isə bu fəlsəfədə, insan ruhunun ilkin materiya ilə vəhdəti, yəni ölümsüzlük qazanmış Ruhları – Misir Allahları demək idi. Bu isə onu deməyə əsas verir ki, sufizmdə Əshab-Sahib dedikdə – “ölümsüzlük qazanmış ilk Varlıqların ruhları” nəzərdə tutulur. Batinilərdə “Kəhf” rəmzi Kufə-Qaf rəmzləri ilə eyni mənalıdır. Batinilərdə “Qaf” rəmzinin “Quffi” variantı, məşhur sufi Bəhaullaya görə – İlahla vəhdət, Ba Allahına çevrilmək mənasındadır. Deməli, “Əshabi-Kəhf” dedikdə sufilər, ölümsüzlük qazanaraq Allaha şevrilmiş insanları nəzərdə tuturlar ki, onların cəsədləri də məhz Qaf dağındakı “Əshabi-Kəhf” mağarasında gizlədilib. İslam rəvayətinə görə, Məhəmmədin və əshabələrinin Məkkədən Mədinəyə köçürülməsi zamanı ən axırıncı Məhəmməd və Əbu Bəkr gizli çıxdılar və Yəmən yolunun üstündəkə mağarada gizləndilər. Müsəlmanların inamına görə, Allah hörümçək göndərdi ki, mağaranın ağzını hörsün. Axtaranlar ora baxmadılar və sonra Məhəmməd dolayı yolla Mədinə yoluna çıxdı. Hər şeydən əvvəl qeyd edək ki, məşhur sufi Qəzaliyə görə, Məhəmməd peyğəmbər kosmik insandır və kainatın sabitliyi və qayda-qanunu ondan aslıdır. Ərəbi, Məhəmməd peyğəmbərin biliyini də, qədimliyini də bilavasitə Allahla eyniləşdirir və bildirir ki, “dünya tərtibi onunla başlayıb və onunla da qurtarıb: Adəm – gil və torpaq olanda o artıq peyğəmbər idi, sonra isə elementar quruluşuna görə, peyğəmbərlərin möhürü oldu” və s. Bu isə o deməkdir ki, bu rəvayətdə Məhəmməd rəmzi altında elə Ra-Amon Allahı nəzərdə tutulur. Məhəmməd peyğəmbərin mağarada gizlənməsi və oradan Mədinəyə köçməsi, firon Amonun – Adəm Atum Allahı mənasında olan Kosmik insanın bədəninə köçməsi (Ra-Amon Allahına çevrilməsi) mənasındadır ki, bu zaman onun cismi, yəni mumyalanan cəsədi «Əshabi-Kəhf»də, yaradılış günündən axirətə qədər qalıb. Quran bu haqda yazır: «Yoxsa sən hesab edirsən ki, mağara (əshabi-Kəhf) əhli və Rəhim Bizim nişanələrimiz arasında möcüzə idi!» (Quran, 18:9). Burada Rəhim rəmzinin qeyd olunması, onun Mehdi mənasında olması deməkdir. Bu rəmz Bəsmələdə, yəni “Bismillah Rəhmani Rəhim” deyimində Allaha aid edilir. Batinilər Bəsmələnin təvilini – “İlahla vəhdətdə olan Ba ruhu Rəhman (Ra-Amon) və Rəhimin ruhudur (Ra-Qam). Rəhim, yəni Ra-Qam rəmzi – axirətdə Günəş Allahı Ra-Amonun yerinə gələcək Ay Allahı Qamər (Qam-Ra) mənasındadır (Allah Əvvəl və Axırdır). Quranın Kəhf surəsində Rəhimin adının çəkilməsi o deməkdir ki, axirətdə gələcək Mehdi obrazı da məhz “Əshabi-Kəhf” mağarası ilə bağlıdır. Qurana görə, mağara əhli Əshabi-Kəhfdə üç yüz doqquz il gizlənir və onların dəqiq sayı da qeyri-məlum göstərilir: «Onlar deyəcəklər: «Üç nəfər idilər, dördüncü isə köpək idi» və gizlin haqqında təxmini olaraq deyərlər: «Beş nəfər idilər, altıncı köpək idi». Başqaları isə «Yeddi idilər, səkkizinci köpək idi». De: «Mənim Allahım onların sayını yaxşı bilir. Onu çox az adamlar bilir… De: «Allah, onların orada nə qədər qalmasını daha yaxşı bilir. Göylərin və yerin qaibi ona aiddir. O hər şeyi yaxşı görür və yaxşı da eşidir. Onların Ondan başqa yardımçısı yoxdur və O heç kəsi Öz hökmünə şərik etmir!» (Quran, 18:10-25). Bu o deməkdir ki, Əshabi-Kəhfdəki insanların sayına, orda qalma zamanına Allah özü hökm vermişdir və heç kim onların nə vaxt “azadlığa” çıxacaqlarına qərar verə bilməz. Qaib Rəhimin zamanını O özü müəyyənləşdirib və Onun Hökmünü heç kim dəyişə bilməz. Bütün bunlardan çıxan nəticə isə odur ki, Əshabi-Kəhf mağarası qədim mənbələrində Sokaris, Abzu, Babil və s. adlanan dünyanın ən mistik mağarasıdır və burada, göydə ruhlar dünyası yaratmış Ra-Amon Allahın və onun əshabələrinin cəsədləri yatır. Çox təəssüflər olsun ki, müasir insanlar, onları yaradıb Allah haqqında sirlərin açılmasına etinasız qalırlar və qədim yazılarda yazıların – adi, siravi insanlara aid olduğunu düşünürlər. Quran kimi müqəddəs kitabın da batini mənalarının açılmamasının səbəbi, müasir insanların, öz Allahı haqqında olan həqiqətlərə biganəliyidir”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın