Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Əsgərlikdə olmayan müğənnilər…

Əsgərlikdə olmayan müğənnilər…

Şəhid Elvin Mirzəyevin qəbir daşının qoyulmasını öz üzərinə götürdüyü üçün Xaçmaz rayon icra başçısı ilə qalmaqal yaşayan prodüser Tarix Əliyev (Tolik) sən demə, özü heç əsgərlikdə olmayıb.

Prodüser hərbi xidmətdə olmamasının səbəbi haqda musavat.com-a açıqlama verib: “Mən ailənin tək uşağı olmuşam. Siz bunu araşdıra da bilərsiz. Xətai rayonunda mən hərbi xidmət üçün qeydiyyatda da olmuşam. Mənim hərbi biletimdə əsgərliyə yararsız yazılmayıb. Bir dəfə könüllü olaraq əsgərliyə yazılmışdım. O vaxt belə bir qanun var idi ki, hətta çəki bir kilo az gələndə belə, əsgərliyə aparmırdılar. Anam hətta səhərə qədər məni o qədər yedizdirdi ki, bir kilo kökəlim. Amma yenə də məni aparmadılar. Hərbi biletimdə yazılıb ki, sülh vaxtında hərbiyə yararsız, müharibə vaxtında hərbiyə yararlı. Əgər sabah müharibə olsa, mən getməsəm, üzümə tüpürsünlər. Yalan deyərəm ki, gedib orda snayper, tankçı olaram. Mən orda kartof da soysam mənim üçün böyük bir şeydir, çünki Azərbaycan Ordusunda xidmət edəcəm. Həm də ona görə gedərəm ki, bəzi vəzifəli şəxslərin övladları var ki, qaçıb gizlənirlər, qoy onlara ar olsun, desinlər ki, Tolik də getdi. Elə adamların ağızlarına çullu dovşan sığışmır. Deyirlər ki, kişiyik, Tolik kimdir?! Amma vətən adı gələndə qaçıb xaricdə otururlar ki, biz tələbəyik, oxuyuruq. Bəs kasıbın uşağı nədir, tələbə deyil?”

Artıq çoxlarına məlumdur ki, şou aləminin bir çox məşhurları əsgərlik şərəfini yaşamayıb, hansı ki, bəlkə də vətən, hərb mövzusunda daha çox ifa edən onlardır.

Məsələn, hərbi geyimdə “Azərbaycan”mahnısını oxuyan müğənni Faiq Ağayev müsahibələrinin birində bu mövzuya toxunaraq bildirib ki, əsgərlikdən qalmasının səbəbi səhhətində olan problemlərlə əlaqədar olub.

Müğənnilər Abbas Bağırov, İzzət Bağırov, Elnur Məmmədov da bu siyahıda yer alır.

Maraqlıdır ki, mətbuatda yayılan məlumatlara görə, Füzulidə dünyaya gələn Zamiq Hüseynov, ağdamlı Ayaz Qasımov da naməlum səbəblərdən hərbi xidmətdən yayınan müğənnilər sırasındadırlar.

Həmçinin oxuyun

Tolik: “Əli Mirəliyev dedi ki, Qubad İbadoğlunun müxalifətçi olduğunu bilmir” 

Müğənni Əli Mirəliyevin MTV-də yayımlanan “Toylar kralı” verilişində ev dustaqlığına buraxılan Qubad İbadoğlu ilə bağlı …

Bir cavab yazın