Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Əsgərləri üçün ayrılmış ərzaqlar bazarda satılır -FOTO

Əsgərləri üçün ayrılmış ərzaqlar bazarda satılır -FOTO

Sərhəd Qoşunlarının hərbçiləri üçün nəzərdə tutulmuq mal əti konservlərinin Siyəzəndə satıldığına dair fotolar yayılıb

Azərbaycan Ordusuna verilən ərzaq məhsullarının daxili bazarda satılması halları uzun illər əvvəllərə təsadüf edən hadisələrdəndir. JAM.AZ xəbər verir ki, bu proses müstəqillik əldə edildikdən sonna başlasa da, 2000-ci illərin əvvəllərinə qədər davam etmişdi. Lakin rəsmi qurumların müdaxilələri, belə hallara qarşı mübarizə effektiv nəticə verməyə başladı və prosesin önü alındı.

Elə bu səbəbdəndir ki, on ildən artıqdır ki, əsgər yeməklərini bazarlarda tapmaq qeyri-mümkün idi. Niyə məhz «idi» yazırıq? Ona görə ki, bu ənənənin artıq pozulmasına dair ilk məlumat üzə çıxıb. Sosial şəbəkələrdə bununla bağlı yayılmış informasiyada iddia edilir ki, Sərhəd Qoşunlarının əsgərləri üçün ayrılmış mal əti konervləri Siyəzən bazarlarında açıq şəkildə satışa çıxarılıb.

Üzərində «Satış qadağandır» və «Azərbaycan Respublikası Dövlət Sərhəd Qoşunlarına məxsusdur» sözləri yazılmış konservlərin kimlər tərəfindən satışa çıxarıldığı məlum deyil. Hadisənin şahidi olan şəxs hətta həmin konserv qutularının fotolarını da yayımlayıb.

Qeyd edək ki, belə bir halın yaşanması olduqca təhlükəlidir. Çünki əsgərlərimiz üçün nəzərdə tutulmuş ərzaqların bazarda satılması yolverilməzdir. Belə bir halın qarşısı qətiyyətlə alınmalıdır ki, sabah analoji olaylar yaşanmasın. Şübhəsiz, Sərhəd Qoşunları komandanlığı bu prosesin qarşısını alaraq, bu işdə əli olanları qanuni formada cəzalandıracaq.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın