Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Ərim məni atıb xalam qızı ilə yaşayır” – Bakıda maraqlı olay

“Ərim məni atıb xalam qızı ilə yaşayır” – Bakıda maraqlı olay

“Ərim məni atıb doğma xalamqızı ilə getdi. Oğlumla səfil vəziyyətdə qalmışıq. Nə telefona cavab verir, nə də ki bizi axtarır”. 

Bu sözləri Mehriban Musəvi “Qafqazinfo”ya şikayətində deyib. O bildirib ki, əri hazırda xalası qızı ilə birlikdə yaşayır:

“Yardımlı rayonu Nisəkələ kənd sakini Cavanşir Bəkişovla 18 il əvvəl ailə həyatı qurmuşuq. Bir il sonra öyrəndim ki, xalamqızı Sevda Həsənova ilə aralarında əlaqə olub. Dava saldım, bir də o qızın üzünə baxmayacaqdım. O evləndikdən sonra fikirləşdim ki, artıq aralarında hər hansı bir əlaqə olmaz. Ta ki ötən ilin noyabr ayında ərim bizi atıb onun yanına gedənə kimi. Cavanşir bir il əvvəl telefonda kimlərləsə yazışırdı, xalamqızı ailəli olduğu üçün onun olacağını düşünməmişdim. Amma hazırda birlikdə yaşayırlar. Qadın yetişkin iki qızı ilə birlikdə ərimin tutduğu birotaqlı mənzildə qalır.

Yoldaşı Heydərəli Həsənov onların yazışmasını tutduqda, ərinə mənim yoldaşımı sevdiyini deyib. Heydərəli də evdən çıxıb gedib.

Sevda Cavanşirə deyib ki, sənə 3 min manat verəcəm iş qurarsan. O da evdən getdi. Ailəli olduğumuz zaman cehizlərimin hamısını satıb. Özü işləmirdi, bütün yük mənim üstümə düşürdü. Ona görə də, indi hər yerim ağrıyır, əsəb xəstəliyi tapmışam. Bütün etdiklərimin qarşılığı olaraq oğlumla məni atıb getdi.

Sevda hazırda Yasamal rayonu 93 nömrəli bağçada tərbiyəçi işləyir. Mən başa düşə bilmirəm elə bir qadını necə bağçada müəllim edirlər. Dəfələrlə İcra hakimiyyətinə müraciət etmişəm, ərimlə tərbiyəçi işləyən qadının birlikdə fotolarını göstərmişəm. 3 dəfə ölkə rəhbərliyinə bu haqda məktub da yazmışam”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın