Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / “Ərəblər Azərbaycanda özlərini çox rahat hiss edir” – NAZİR

“Ərəblər Azərbaycanda özlərini çox rahat hiss edir” – NAZİR

“Azərbaycanda xüsusi turizm zonaları yaradılır”.

Bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bu gün keçirilən “Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət” mövzusunda panel iclasında çıxışı zamanı bildirib.

Ə.Qarayev deyib ki, son illər Azərbaycana gələn turistlərin sayı artıb:

“Ərəb körfəzi ölkələrindən Azərbaycana gələn turistlər çoxdur. Bizim ənənələrimiz, dinimiz birdir. Ərəblər burada özlərini çox rahat hiss edirlər. Lakin biz Avropadan, uzaq Şərqdən də turistlər gözləyirik. Azərbaycan turizm baxımından gənc ölkədir. Biz inadkar bir şəkildə turizmin inkişafı istiqamətində irəliləyirik. Biz Azərbaycana xas olan ənənəvi qonaqpərvərlik, gözəl təbiət, dözümlülük ənənələrindən istifadə edirik. Bununla belə, biz yeni hədəfləri araşdırmalıyıq ki, Azərbaycanı yeni bucaqlardan turizm dünyasında tanıdaq. Biz 25 ildir ki, müstəqilik. İşğala məruz qalmışıq və torpaqlarımızın 20 faizi işğal edilib. Bu səbəbdən biz turizmlə 2001-ci ildən ciddi məşğul olmağa başlamışıq”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın