Ana səhifə / Şou Biznes / “Əqrəb mövsümü” serialı neçəyə başa gəlib? – AÇIQLAMA

“Əqrəb mövsümü” serialı neçəyə başa gəlib? – AÇIQLAMA

İctimai TV-də efirə gedən son günlər televiziya məkanında ən çox izlənən seriallardan biri olan “Əqrəb mövsümü”nün büdcəsi açıqlanıb.

Layihənin baş prodüseri Yalçın Verdiyev İqtisadiyyat.az-a bildirib ki, serialın ümumi büdcəsi 249 min 643.60 manatdır.

Bu rəqəmə həm aktyorların qonorarı, həm rekvizitlərin alınması – bir sözlə bütün xərclər daxildir.

Y.Verdiyev həmçinin onu da əlavə edib ki, layihənin heç bir sponsoru yoxdur və qeyd olunan maliyə vəsaiti İTV-nin büdcəsindən ayrılıb.

Həmçinin oxuyun

Natiq Dağlaroğlu onu bıçaqlayan şəxsdən 9 min pul alsa da, şikayətini geri götürmədi

Ötən il iyulun 2-nə keçən gecə Bakının Nizami rayonunda yerləşən “Altun saray” şadlıq evində məşhur …