Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Ən xoşbəxt insanlar danimarkalılardır, Azərbaycan 81-ci yerdəyik
Denmark, Copenhagen, Nyhavn district on early winter morning

Ən xoşbəxt insanlar danimarkalılardır, Azərbaycan 81-ci yerdəyik

Hər il mütəmadi olaraq keçirilən BMT Davamlı İnkişaf Həlli Şəbəkəsinin 2016-cı Dünya Xoşbəxtlik Hesabatına görə dünyanın ən xoşbəxt insanları Danimarka, ən bədbəxt insanları isə Burundidə yaşayır. Azərbaycan isə 157 ölkə arasında siyahıda 81-ci yerdədir.

Kolumbiya Universitetinin BMT-nin Davamlı İnkişaf Həlli Şəbəkəsi üçün hazırladığı Dünya Xoşbəxtlik Hesabatı Romada açıqlanıb.
157 ölkədə vətəndaşlar arasında aparılan sorğular nəticəsində hazırlanan hesabatda adambaşına düşən ümumi daxili məhsul, orta ömür müddəti, sosial mühitin fərdə dəstəyi, şəxsi azadlıq, xeyirxahlıq, fərdlərin hökumət və digər rəsmi qurumlara korrupsiya kimi məsələlərdə göstərdiyi etimad və sosial təhlükəsizlik kimi amillər əsas olaraq götürülüb.
Denmark, Copenhagen, Nyhavn district on early winter morning
Denmark, Copenhagen, Nyhavn district on early winter morning2016-cı ilin Dünya Xoşbəxtlik Hesabatına görə dünyanın ən xoşbəxt insanları Danimarkada yaşayır. Ötən il isə ilk sırada İsveçrə yer almışdı. Bu ilin hesabatında İsveçrə ikinci sıraya keçib. Üçüncü sırada isə İslandiya var. İlk 10-luğa daxil olan digər ölkələr Norveç, Finlandiya, Kanada, Hollandiya, Yeni Zelandiya, Avstraliya və İsveçdir. Bu ölkələr 2015-ci ilin hesabatında da ilk sıralarda yer almışdı. Bu ölkələri müvafiq olaraq 11-inci sırada İsrail, sonra isə növbə ilə Avstriya, ABŞ, Kosta Rika və Puerto Riko təqib edir.
CPH_01 Xoşbəxt Danimarka
Kopenhagen şəhəri, Danimarka
Dünya Xoşbəxtlik Hesabatı siyahısının ən sondakı 30 ölkəsində isə Afrika və Yaxın Şərq ölkələri yer alır. Ən son ölkələr Burundi, Suriya, Əfqanıstan, Toqo və Benindir. Bu ölkələrdə baş verən müharibələr və müxtəlif zəmində olan qarşıdurmalar təbii olaraq insanların bədbəxtliyinə gətirib çıxarmışdır.
Pahoo.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın