Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Şou Biznes / “Ən həyəcanlı anlarda üzümü çevirirəm…” – Xumar Qədimova

“Ən həyəcanlı anlarda üzümü çevirirəm…” – Xumar Qədimova

“İnsanlar ədəbiyyatı sevsələr, cinayət etməzdilər. Ədəbiyyat mənim üçün həyatdır. Mütaliə edəndə xoşbəxt oluram. Amma bəzən çox həssas oluram, onda kitab oxuya bilmirəm”.

Bunu axşam.az-a müsahibəsində müğənni Xumar Qədimova deyib. O, bildirib ki, həyəcanlı olanda oxuduğu kitab, orda baş verən əhvalatlar onu  daha da həyəcanlandırır: “

“Həyatımda elə bir dönəm oldu ki, xeyli vaxt kitab üzü açmadım. Ancaq indi yavaş-yavaş yenidən mütaliəyə başlamışam. Bu tək kitaba aid deyil. Bəzən filmlərə baxanda da ən həyəcanlı anlarda üzümü çevirirəm. Filmdə baş verəcək əhvalatın, hadisənin kulminasiyasına baxa bilmirəm. Onsuz da təbiət etibarı ilə həssas adamam, belə situasiyalarda daha da həyəcanlanıram. Həm də bəzən heç kitaba da o qədər ehtiyac olmur. Kamil adam olmaq başqa şeydir. Adam var ki, qalın-qalın kitablar oxuyur, amma kamil deyil”.

Müğənni yazarlardan Seymur Baycanı daim oxuduğunu da vurğulayıb: “Seymur Baycan başqa aləmdir. Onu hamıdan çox sevirəm. Bu yaxınlarda bir yazısını oxudum. Orda yazmışdı ki, Taqor hiper hissiyyatlı yazıçıdır. Mən də eyni ilə bu sözləri Seymurun haqqında deyirəm. O, tamam başqa cür yazıçıdır. Onun romanlarının, hekayələrinin, köşələrinin bəlkə də ən birinci oxucusu mən oluram. Bu yaxınlarda da “Talesiz” adlı bir köşəsini oxudum. Çox xoşuma gəldi. Bir də Əli Novruzov adlı bir yazarın “Bayağılığın müdafiəsinə” adlı köşəsini oxudum. Maraqlı yazmışdı. Ümumiyyətlə, bugünkü gənc yazarlar hissiyyatlıdırlar. Yazdıqları ilə ürəyə toxuna bilirlər. dəbdə olmasına görə yığılsın, onu dinləsin, amma dinlədiyini anlaya bilmirsə, bu mənim nəyimə gərəkdir? Mən özüm Zəki Mürəni, Ququşu böyük yanğı ilə dinləyirəm. Onların ifasına qulaq asa-asa həm də ləzzət almağa çalışıram”.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …