Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Əməkdar artistin Nizami Rəmziylə 20 il əvvəlki görüntüsü üzə çıxdı — VİDEO

Əməkdar artistin Nizami Rəmziylə 20 il əvvəlki görüntüsü üzə çıxdı — VİDEO

Dövlət Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Telman Əliyevin maraqlı görüntüləri üzə çıxıb

Ölkə.Az-ın məlumatına görə, aktyorun təxminən iyirmi il əvvəl olan görüntüləri Gəncədə lentə alınıb. Mərhum meyxana ustadı Nizami Rəmzinin Gəncədəki konsertindəki görüntüləri əməkdar artist belə şərh edib:

“Gəncədə Siyasi Maarif Evi var idi. Nizami Rəmzi özünün ən populyar vaxtında Gəncəyə gəlirdi və hər adam həmin salonda konsert verə bilməzdi. Biz də onunla məclislərdə rastlaşırdıq, sənətinə hörmətim vardı. Həmin illərdə mən Gəncə Dövlət Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərirdim. O konsertin də açılışını mən elədim. Yadımdadır ki, zalda o qədər çox adam vardı ki, camaatın yarısı ayaq üstə idi”.

Xatırladaq ki, görüntülərdə Nizami Rəmzidən savayı, tələbəsi Tahir Rəvan və 1997-ci ildə onunla avtoqəzada həlak olan həmkarı Kəbir Azəri də yer alıb.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın