Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Şou Biznes / Əməkdar artistin bu görüntüləri tənqid edildi – Video

Əməkdar artistin bu görüntüləri tənqid edildi – Video

Bu dəfə əməkdar artist Mehriban Xanlarova sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. “Qafqazinfo” xəbər verir ki, tanınmış aktrisa ARB-də aparıcılıq etdiyi “Canım sizə desin” proqramının çəkilişi zamanı rəqs edib. 

Onu Sevda Kazımova adlı ifaçı müşayiət edib. İnstaqramda paylaşılan videodan görünür ki, müğənni Nadir Bayramlı “Leyli can” mahnısını səsləndirir, hər iki xanım şıdırğı rəqs edir.

Bu zaman Xanlarovanın göbəyi açıq qalıb, daha sonra aparıcı paltarını düzəltsə də, bu, sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb. Hər iki şəxs tənqidlərə məruz qalıb.

 

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …