Ana səhifə / Şou Biznes / Əməkdar artistdən Manaf Ağayevin ittihamına cavab: “Vaxt tapan kimi…”

Əməkdar artistdən Manaf Ağayevin ittihamına cavab: “Vaxt tapan kimi…”

Əməkdar artist Vasif Məhərrəmli müğənni Manaf Ağayevin fikirlərinə münasibət bildirib.
Müğənni Qaynarinfo-ya açıqlamasında həmkarının onun barəsində dediyi sözlərdən xəbərsiz olduğunu bildirib:

“Məlumatsızam, xəbərim yoxdur. Bir də ki, Manaf Ağayev dostumuzdur, deyib də… Vaxt tapan kimi onun mənim barəmdə dediyini oxuyacağam”.
Qeyd edək ki, müğənni Manaf Ağayev  “Şəhər mərkəzi” verilişində Əməkdar artist Vasif Məhərrəmlidən incidiyini dilə gətirib. 
M.Ağayev həbsxana həyatından sonra bir çox dostlarını sildiyini açıqlayıb:
“Dost dar gündə sınanır: gözün axtarır. Vacib deyil kimsə kiməsə nəsə etsin. “Dost” sözü gələndə allergiya verirəm. Hər zaman yanlarında olmuşam, amma gördüm hamısını. Yıxılma, yıxıldınsa, məhv oldun. Bu camiyəni hər zaman müdafiə etmişəm. Burada dostluqlar boş imiş. Hər gün görüşürsən, yeyib-içirsən, sağlıq deyirsən. Amma dostluq göstərə bilmirsən. Nə anlam verir? Heç xəcalət çəkmirsən, utanmırsan? Dostlarım var idi, bir stəkan çayımı içməyib. Xəcalət çəkdim ki, niyə düz yaşamamışam? Elə insanlar yada saldı, yanımda oldu ki… Heç buna ehtiyacı da yox idi, ancaq insanlıq etdi. Mən onlara elə olmamışdım. Mənə çox deyirdilər, elə bilirdim aramıza girirlər. Tanıdığım, tanımadığım insanın yanında olmuşam”.

Həmçinin oxuyun

Dünənə kimi bir-birinə “itin sözü”nü deyirdilər…

Əməkdar artist Mətanət İsgəndərli çoxdan küsülü olduğu gəlini Canana ilə barışıb. Deyilənə görə, Mətanət xanım …