Cümə axşamı , May 23 2019
Ana səhifə / Şou Biznes / Əməkdar artist sükutu pozdu – “Övladlarımın atasıdır deyə, susurdum”

Əməkdar artist sükutu pozdu – “Övladlarımın atasıdır deyə, susurdum”

Əməkdar artist Lalə Məmmədova ATV-də yayımlanan “Ən yaxşısı” verilişinin qonağı olub.

Müğənni verilişdə keçmiş əri İlham Qafarovun onunla bağlı dedikləri haqda suallara cavab verib:

“İstəyirəm qızım bunlardan uzaq olsun. Qarşı tərəf danışanda, övladını düşünsün. Mən sənətlə başımı qata bilərəm, uşaq yox. İnstaqramı, telefonu olmasa da, ətrafdakılardan söhbətlər gəlir. Nə qədər qorusaq da, olmayacaq.

İstəmirəm depressiyaya düşsün. İndi gündə bir intihar halı eşidirik. Onun geyimini və yeməyini verməklə olmaz. Hər gün qızımla söhbət edirəm.

Övladlarımın atasıdır deyə, deyirdim, dilimdən artıq kəlmə eşitməyəcəksiz. Amma… Qarşı tərəf artıq övladıma sözlər ünvanlayanda, dedim, bəsdir. Qərar verdim ki, belədirsə, bundan sonra faktlar danışacaq”.

Qeyd edək ki, İ.Qafarov aliment ödəyə bilmədiyi üçün Lalənin onu məhkəməyə verdiyini açıqlayıb. “Məni tutdurmaq istəyir” deyə, o, bildirib. L.Məmmədovanın bu nikahdan iki qız övladı var. Teleqraf.com

Həmçinin oxuyun

“Röyanı yeyərəm, heç kimlə paylaşmaram” – Nadir efirdə olduğunu unutdu – FOTO

Röyanın harasında plastik əməliyyat edərdin?Bu sualla Zaur Kamal aparıcısı olduğu proqramda Nadir Qafarzadəyə müraciət edib.Nadir …