Çərşənbə axşamı , Sentyabr 17 2019
Ana səhifə / Şou Biznes / Əməkdar artist: “Sığmazam” qəzəli hoppanıb-düşmək üçün deyil”

Əməkdar artist: “Sığmazam” qəzəli hoppanıb-düşmək üçün deyil”

Əməkdar artist Firuzə İbadovanın müsahibəsini UlduzumSan.Az-ın oxucularına təqdim edirik:
– Bildiyimiz kimi, hazırda orucluq ayıdır, toylar yoxdur. Bu ərəfədə hansı işlərlə məşğul olursunuz?
– El şənlikləri olmadığı üçün hazırda daha çox tələbələrimlə vaxt keçirirəm. Onlara dərs keçirəm. Bir çox dövlət tədbirlərinə qatılıram. Bununla yanaşı 2-3 yeni mahnım var, onları aranjeman etdirirəm.
– Son günlər müğənnilər özlərinə “tac” qoyurlar. Hətta mərhum xalq artisti İlhamə Quliyevanı təkrarlamaq istəyirlər. Buna münasibətiniz necədir?
– Kim özünə “tac” qoymaq istəyir, qoysun. Amma o “tac” hər zaman İlhamə Quliyevaya məxsus olub. Sözügedən ifaçı özünü təsdiq etmiş sənətkar idi. Onun kimi heç kim ola bilməz. İ.Quliyevanı yamsılamaq istəyən müğənnilərə məsləhət görərdim ki, özünüz olun. Heç bir sənətçini təkrarlamayın.
– Daha çox hansı ifaçıları dinləyirsiniz?
– Xalq artistləri Zeynəb Xanlarovanı, Səkinə İsmayılovanı, Mələkxanım Eyyubovanı, Əlibaba Məmmədovu, Nəzakət Teymurovanı, Aygün Bayramovanı, Arif Babayevi, Ceyran Haşımovanı, Nisə Qasımovanı çox bəyənirəm və bəstələrinə sevə-sevə qulaq asıram.
– Sizin fikrinizcə, peşəkar müğənni toya getməlidirmi?
– Məncə, əsil sənətçi el şənliklərində 1-2 saatlıq oxumalıdır. Peşəkar ifaçı tələbələri ilə məşğul olmalıdır. Mən də özümü həmin peşəkarlar sırasında görürəm. Mən toy müğənnisi deyiləm. Musiqi savadım yol verir ki, el şənliklərinə getməyim, ancaq tələbələr hazırlaşdırım.
– Toylara dəvət almaq sizə xoş deyil?
– Xeyir. Çünki bəzi el şənliklərində tərbiyəsizliyi görəndə özümü narahat hiss edirəm. Elə toylar var ki, gecə klubunu xatırladır. Səs-küy olur. Spirtli içki qəbul edənlər özlərini idarə edə bilmirlər. El şənliklərində iştirak edəndə məndən zövqsüz mahnılar oxumağımı tələb edirlər. Mən belə bəstələri kirli mahnılar adlandırıram. Gəlin, etiraf edək ki, “tərbiyəsiz” mahnılarımız çoxdur. Bu hala çox üzülürəm. Onu da xüsusi ilə qeyd edim ki, indiki bir çox toylarımızdan zövq almıram.
– Bildiyiniz kimi, müğənni Afət Fərmanqızı İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin sözlərə ifa etdiyi “Pəncu-şeş” hind mahnısı həm sənətçilər, həm də adi insanlar tərəfindən böyük etirazla qarşılandı. Sizin sözügedən bəstəyə münasibətiniz necədir?
– İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini hind musiqisi üzərində qurmaq olmaz. Həmin qəzəl ciddi mahnı üzərində oxunsaydı, daha gözəl olardı. İ.Nəsiminin “Sığmazam” qəzəli hoppanıb-düşmək üçün deyil. Məncə, “Pəncu şeş” mahnısını artıq dinləyən yoxdur. Onu da deyim ki, hind musiqisi Azərbaycana məxsus deyil. Hindistanlı sənətçilər bir mahnını ərsəyə gətirdikdən sonra milyonlarla pul qazanırlar. Onlar bilsələr ki, mahnıları pis hala düşüb, böyük problem ola bilər. Afət Fərmanqızına “Pənçu şeş” mahnısını ifa etdiyinə görə heç bir iradım yoxdur. Amma mən heç vaxt sözügedən qəzəli hind musiqisi üzərində oxuyub, özümü qınaq obyektinə çevirmərəm.

Həmçinin oxuyun

“Həkim dedi ki, balanın 5 ay ömrü qalıb” – Zöhrə Abdullayeva uzun zaman sonra efirdə

Ötən il yeganə övladı olan oğlunu itirən Əməkdar artist Zöhrə Abdullayeva uzun zaman sonra efirə …