Aktrisa AzNews.az-a açıqlamasında bildirib ki, o, hazırda Günəşlidə yerləşən sanatoriyada müalicəsini davam etdirəcək:

“Bir az özümə gəlmişəm, amma əsəb məni öldürür. Həkimlər müalicənin davam olunmasını məsləhət görüb. Deyiblər ki, bu aralarda stresdən uzaq olmalısan. Hətta şərt də qoyublar. Deyiblər ki, teatrda və səhnədə kədərli rollardan uzaq olmalıyam. Ağlamaq, həyacanlanmaq olmaz. İçimdə bir ümid var, inanıram ki, yaxşı olacam.”

Naibə Allahverdiyeva bu gərginliyin, əsəbin arxasında illərlə yığılan problemlərin olduğunu qeyd edib:

“Həyatdır da…Mənə yaxınlarım və ətrafım tərəfindən çox haqsızlıqlar olunub. Bu da partlamalı idi. Həssas insanlar belə vəziyyətdən çıxa bilmirlər. İndi çalışıram ki, daş ürəkli olub, heç nəyi vecimə almayam. Belə getsə, mən öz sağlamlığımı itirəcəm. Daha heç nə haqqında düşünmürəm. Görürəm ki, xəstə olanda heç kimə lazım deyiləm, hətta yaxınların belə səninlə maraqlanmır. İnsan özünü başqaları yolunda fəda etməli deyil. Sonda eşitdiyin bu olur: “Zəhmət çəkib etməyəydin.” Bu anda başa düşürsən ki, sən heç kəsə lazım deyilsən.”

Bir neçə gün öncə Əməkdar artist Naibə Allahverdiyevanın səhhətində problem yaranıb. Aktrisa ağır əsəb diaqnozu ilə Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.