Cümə , Oktyabr 30 2020
Ana səhifə / Şou Biznes / Əməkdar artist canlı efirdə hiddətləndi: “Bu sənətə nifrət edirəm” – VİDEO

Əməkdar artist canlı efirdə hiddətləndi: “Bu sənətə nifrət edirəm” – VİDEO

“Televiziyalar elə müğənniləri başımıza çıxarırlar ki, artıq bu sənətə nifrət edirəm”.

Bu sözləri “Xəzər” TV-də yayımlanan “Hər Şey Daxil” səhər şousunda Əməkdar artist Elnarə Abdullayeva deyib.

Xanəndə narazılığını belə ifadə edib: 

“Ağzını açıb oxuya bilməyəni mənim kimi bir sənətçi ilə birlikdə verilişə çağırırlar. Elə bunlara görə, sənətə nifrət edirəm. Xalq onları istəmir.

Onlar xalqın adından istifadə edirlər. Sənəti olan, gözəl səsə malik ifaçılarımız var ki, onlar əməkdar və xalq artistlərindən də yaxşı oxuyurlar. Hər şey gördüyünüz və bildiyiniz kimi deyil. Səsi olan elə istedadlı ifaçılar var ki, onlar pulu olmadığı üçün efirə çıxa bilmirlər.

Səsi olmayanlar isə üç-beş manat tapıb verilişlərə çıxırlar. Tamaşaçılar elə düşünməsinlər ki, müğənnilər yalnız efirə çıxanlardan ibarətdir. Kənarda o qədər istedadlılar var ki…”

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …