Şənbə , Noyabr 28 2020
Ana səhifə / Şou Biznes / Əməkdar artist aparıcı ilə dalaşdı və efirdən getdi — VİDEO

Əməkdar artist aparıcı ilə dalaşdı və efirdən getdi — VİDEO

Əməkdar artist Sevinc Əliyeva “Space” telekanalında yayımlanan “Hər səhər” proqramında küsüb və studiyanı tərk edib.

Buna səbəb aparıcı Anar Vaqifoğlunun ona plastik əməliyyatla bağlı ünvanladığı sual olub.

Aparıcı israrla aktrisanın ayaqlarında plastik əməliyyat etdirdiyini, hətta yenidən estetik müdaxiləyə hazırlaşdığını deyib.

S.Əliyeva isə bunları şayiə adlandırıb. O bildirib ki, heç vaxt əməliyyata müraciət etməyib:

“Mənim ayaqlarım əyri olmayıb, əməliyyata ehtiyac duymamışam. Düz ayaqlarım var. Hər zaman da qısa geyinmişəm. İndi də heç bir plastik əməliyyat etdirməyi düşünmürəm. Çəkilişlərim var, necə edə bilərəm? Məni boğaza yığdın”.

Aparıcı isə onu əməliyyat edəcək plastik cərrahı telefonla efirə bağlayacağını deyib. Aktrisa əsəbiləşərək studiyanı tərk edib.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …