Şənbə , May 28 2022
Ana səhifə / Şou Biznes / Əməkdar artist: “Ad günümə çağırmadıqlarım məni bloka atıb” (VİDEO)

Əməkdar artist: “Ad günümə çağırmadıqlarım məni bloka atıb” (VİDEO)

Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülbahar Şükürlü bir neçə gün əvvəl şəhər restoranlarının birində ad gününü qeyd edib.
Özəl gününə 50 nəfər qonaq dəvət edən qarmon ifaçısı çağırmadıqlarının ondan incidiyini bildirib. Bu barədə sənətçi “Elgizlə izlə” verilişində danışıb: “Çağırmadığım üçün nə qədər adam məni instaqramda, votsapda bloka atıb. Nə bilim, utandım. Bloka atanlara təşəkkür edirəm. Sağ olsunlar, iştirak etmək istəyiblər. 50 nəfər dəvət etmişdim. İstəyirdim hamını görüm, hər kəslə ünsiyyət qura bilim”.
Qeyd edək ki, Gülbahar Şükürlünün ad günü martın 20-də olsa da, 10 gün sonra qeyd etmişdi.

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu 19 il sonra gəlinlik geyindi – VİDEO

Müğənni Şəbnəm Tovuzlu efirə gəlinliklə çıxıb. İfaçı “Tarixin bir günü” verilişinə bu formada qatılıb. O, …