Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Əliməmməd Nuriyevə ağır itki

Əliməmməd Nuriyevə ağır itki

Keçmiş millət vəkili, bu günlərdə Azərbaycan prezidenti yanında Əfv Məsələləri Komissiyasına üzv təyin olunmuş Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevə ağır itki üz verib.

Ə. Nuriyevin qardaşı Vahab Nuriyev insultdan qəflətən vəfat edib.

Azinforum.az xəbər verir ki, bu acı xəbəri Moderator.az-a BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev verib və saytımız vasitəsilə yaxın dostu, keçmiş həmkarına dərin hüznlə başsağlığı verdiyini bildirib.

Moderator.az da bu kədərə şərik olaraq Əliməmməd bəyə başsağlığı verir, qardaşına Allahdan rəhmət diləyir.

Xatırladaq ki, bu gün Əliməmməd bəyin doğum günü idi və Moderator.az adından onu bir neçə saat əvvəl təbrik etmişdik. Qardaşının məhz bu gündə vaxtsız itkisi ona ikiqat zərbə oldu. Allah səbr versin.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın