Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / Əlillərlə bağlı qanun layihəsi hazırlanıb

Əlillərlə bağlı qanun layihəsi hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi, həmçinin “Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə dair Milli Fəaliyyət Proqramı”nın layihəsi hazırlanıb.

Bu barədə virtualaz.org saytına nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.

E.Babayev deyib ki, nazirlik tərəfindən aylıq sosial müavinətlə təmin olunanların 59,2 faizi əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardır. Ölkədə əmək pensiyaçılarının da 28,8 faizi əlilliyə görə əmək pensiyası alanlardır.

Nazirliyin xətti ilə prezidentin aylıq təqaüdləri ilə təmin olunan vətəndaşların 69 faizini müharibə əlilləri və onlara bərabər tutulanlar, 20 Yanvar əlilləri, əmək pensiyası almaq hüququ olmayan – ümumi səbəbdən I qrup əlillər təşkil edir. Təkcə ötən il müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təyin olunan Prezident təqaüdlərinin orta aylıq məbləği 50 faizə yaxın artırılıb və I qrup əlilliyə görə sosial müavinət alanlara əlavə olaraq hər ay Prezident təqaüdünün təyin olunmasına başlanılıb.

Qeyd edək ki, bu gün-dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın