Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Əlibaba Məmmədovdan Larisa Dolinaya – CAVAB

Əlibaba Məmmədovdan Larisa Dolinaya – CAVAB

Rusiyanın xalq artisti, bakılı müğənni Larisa Dolinanın “Rossiya 1” telekanalında yayımlanan “Odin v odin” proqramında muğamın ermənilər tərəfindən məharətlə oxunduğunu söyləməsi xalq artisti, ustad xanəndə Əlbaba Məmmədovu da qəzəblədirib.

Publika.az-a açıqlama verən sənətkar bu sözləri deyib: “Ermənidən heç vaxt sənətkar çıxmayıb, çıxmayacaq da. Onların heç musiqisi də yoxdur, bizdən oğurladıqlarını oxuyurlar. Orda-burda da bizim musiqiləri adlarına çıxmaqla öyünməyə çalışırlar. Rusiyalı müğənninin də onları tərifləməsində qeyri-adi heç nə yoxdur. Həmişə ruslar onları müdafiə ediblər. Ermənilər o vaxt Bakıda kamança çalmağı bizim sənətkarlardan öyrənirdilər. Hətta bizim muğam ifaçılarına həsəd aparırdılar. Bizim xanəndələrin başına şabaş tökürdülər. Onlar nə bilir xırdalıq nədir, zəngulə nədir? Halva-halva deməklə ağız şirin olmur e, gərək əlindən bir iş gələ”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın