Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Əli Ömərov: “İşin hansı səbəbə görə xətm olunmasından xəbərsizəm”

Əli Ömərov: “İşin hansı səbəbə görə xətm olunmasından xəbərsizəm”

Hüquqşunas Əyyub Kərimov Meydan.tv -yə müsahibəsində bildirib ki, o, keçmiş Daxili İşlər Naziri Vaqif Novruzovun əməlləri ilə bağlı araşdırma aparıb, yazı yazdıqdan sonra V. Novruzova qarşı cinayət işi açılıbmış. Amma nədənsə bu iş həmin dövr məhkəməyə göndərilməyib.

Əyyub Kərimov bildirdi ki, cinayət işinin motivi rüşvət istənilməsi və sair məsələlərlə bağlıydı. Ona görə də Əli Ömərov cəsarət göstərib cinayət işini qaldırmışdı. Məsələni araşdıran Moderator.az cinayət işinin xətm olunma səbəbini öyrənmək üçün keçmiş baş prokuror Əli Ömərovla əlaqə saxladı. Əli Ömərov saytımıza açıqlamasında bildirdi ki, o, Vaqif Novruzuvun işini xətm etməyib:

“Vaqif Novruzova rüşvət istəmə maddəsi ilə cinayət işi açılmışdı. Bunu mən etmişdim. Vəzifədə olduğum dönəmdə də bu iş açıq idi. Lakin mən vəzifədən getdikdən sonra cinayət işi bağlandı. İşin hansı səbəbə görə xətm olunmasından da xəbərsizəm. Cinayət işinin hansı səbəbə bağlanmasını Respublika Prokurorluğu deyə bilər.”

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın