Şənbə , Yanvar 29 2022
Ana səhifə / Şou Biznes / Əli Mirəliyevdən Alim Qasımova İTTİHAM: “Azərbaycan muğamına xələl gətirir…”

Əli Mirəliyevdən Alim Qasımova İTTİHAM: “Azərbaycan muğamına xələl gətirir…”

“Alim Qasımovun ifasını bəyənmirəm. Onun ifasını yalnız 1992-ci ilə qədər bəyənirdim, hətta gözüm dolurdu. Çünki həmin vaxta qədər çox gözəl, ağıllı-başlı oxuyurdu”.

Bu sözləri müğənni Əli Mirəliyev Kanal13-ə müsahibəsində bildirib. Əli Mirəliyev Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovu sərt şəkildə tənqid edib, Azərbaycan muğamına xələl gətirməkdə günahlandırıb:

“İndi isə farslar, ərəblər kimi yerdə oturub, onlar kimi oxuyur, azan verir. Xeyir ola?! Məgər Üzeyir Hacıbəyov azan yazmışdı? Azan tamam başqa janrdır. Sən azan oxuyansan?! Axı sən xanəndəsən, xanəndə kimi də oxumalısan. Bax gör Mənsum İbrahimov, Təyyar Bayramov necə oxuyur. Sən isə dərviş kimi oxuyursan. Məgər biz dərvişik?!

Rübabə Məmmədova kimi oxuyan qızını da öz yoluna çəkib, bədbəxt eləmisən. Həmçinin Elnarə Abdullayevanı, Mirəlləmi bədbəxt etmisən. Siz Azərbaycan musiqisinin düşmənlərisiniz! Xalqın musiqisini bu günə qoyduğunuza görə şəxsən mən Əli Mirəliyevə cavab verəcəksiniz!”

Məsələ ilə bağlı Xalq artisti Alim Qasımovun mövqeyini almağa çalışsaq da zəngimizə xanımı Tamilla Qasımova cavab verdi. O, Alim Qasımovun Azərbaycan musiqisində, mədəniyyətində çox mühüm rol oynadığını xatırladıb:

“Onun (Əli Mirəliyevi nəzərdə tutur X.G.) ilişmədiyi adam qalmayıb, indi də Alim Qasımov haqqında danışır. Bilirsiniz ki, Alim Qasımov belə məsələlərdə heç nə demir, sadəcə susmaqla cavab verir. Amma baxın, Alim Qasımov nə zaman getdiyi səfərlərdən Azərbaycana əliboş gəlib? Bəşəriyyətin ən gözəl mükafatı  – UNESCO-nun Beynəlxalq Musiqi Mükafatını ilk Azərbaycana gətirən məhz Alim Qasımov olub. O, Azərbaycan musiqisini bütün dünyada tanıdıb. Onun Azərbaycan musiqisində gördüyü işlər misilsizdir.

Bəlkə də bəziləri bilmir, Alim Qasımov farsların çəkdiyi “Həsrət” filmində oxuyub. Onun farsların musiqisini bilməsi, onların içində o cür oxuya bilməsi, Azərbaycanı təmsil etməsi necə gözəl sənətkar olmasından xəbər verir.

Düşünürəm ki, Əli Mirəliyevin cavabını Alim Qasımov deyil, məhz mətbuat nümayəndələri, ictimaiyyət verməlidir”. Musavat.com 

Həmçinin oxuyun

Azərbaycanda ilk: müğənni onu söyənlərə mahnı ilə cavab verdi – Video

Tanınmış müğənni Luna “Dərya” adlı yeni klipini təqdim edib. O, reper Aslixanla birlikdə duet oxuyub. …