Çərşənbə , İyul 15 2020
Ana səhifə / Şou Biznes / Əli İnsanova daha 3 ay həbs verildi – MƏHKƏMƏ

Əli İnsanova daha 3 ay həbs verildi – MƏHKƏMƏ

Bu gün Qaradağ Rayon Məhkəməsi rayon prokurorluğunun təqdimatı əsasında keçmiş səhiyyə naziri Əli İnsanovun üç ay müddətinə həbs edilməsi haqqında qərar qəbul edib.

Bu barədə Turan-a Ə.İnsanovun vəkili Toğrul Babayev bildirib.

Bu qərar İnsanova qarşı irəli sürülmüş yeni narkotik saxlamaq və yaymaq və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək ittihamları ilə bağlıdır.

İnsanov bu ittihamları onun həbsdən buraxılmaması məqsədilə saxtalaşdırma adlandırıb. “Bu, açıq-aşkar 11 illik həbs müddətinin başa çatmasına 9 gün qalmış mənim azadlığa çıxmağıma mane olmaq üçün atılmış böhtandır”,- deyə vəkil İnsanovdan sitat gətirib.

Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan İnsanov bugünkiüprosesdə iştirak etməkdən imtina edib. Vəkil həbsdən apellyasiya şikayəti vermək niyyətindədir.

Xatırladaq ki, 13 saylı Cəzaçəkmə Müəssisəsində həbs cəzası çəkən Əli İnsanova qarşı avqustun 24-də ittihamlar rəli sürülüb. İndi onu daha 5-7 il azadlıqdan məhrumetmə cəzası gözləyir.

Həmçinin oxuyun

“Bilmirsən kimə inanasan, hərə bir söz deyir” – Cavan Zeynallı

“Adam nə qədər özü üçün çalıb-oxuyar? Heç nə konsertin yerini vermir”. Bunu Azvision.az -a Xalq artisti Cavan …

Bir cavab yazın