Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Əli Həsənovun nəvəsi azadlığa buraxıla bilər?

Əli Həsənovun nəvəsi azadlığa buraxıla bilər?

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzə Dövlət komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevv bir müddət əvvəl 10-PP-203 dövlət nömrə nişanlı “Mercedes Gelandewagen” markalı avtomobillə törətdiyi qəza nəticəsində iki nəfərin ölməsi barədə xəbər vermişdik.

Qəzanı Əli Həsənovun nəvəsinin törətməsi inkar olunsa da, hüquq mühafizə orqanlarının yaydığı rəsmi məlumatdan sonra məlum oldu ki, həqiqətən də qəzanı Nail Allahverdiyev törədib.

Hazırda məhkəmənin qərarı ilə N.Allahverdiyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib, araşdırma aparılır.

Baş nazirin müavini Əli Həsənov nəvəsinin törətdiyi qəzada ölən Vaqif Əsədovun ailəsi mətbuata açıqlama verərək şikayətçi olmadıqlarını bəyan ediblər.

Belə olan halda Nail Allahverdiyevin cəzası yüngülləşdirilə və ya azadlığa buraxıla bilərmi?

Hüquqşünas Mehman Muradlı Unikal.org-a açıqlamasında bildirib ki, qanunvericilikdә konkret olaraq belә hal nәzәrdә tutulmayıb:
“Söhbәt ağır cinayәtdәn gedir. Böyük ictimai tәhlükә törәtmәyәn cinayәtlәrdә tәrәflәrin barışığı nәticәsindә alternativ, daha yüngül cәza tәtbiq edilә bilir. Ancaq ekspertizanın nәticәsindәn çox şey asılıdır. Nail Allahverdiyevin törətdiyi qəzada 2 nәfәr ölüb. Hesab etmirәm ki, cәzası yüngül olacaq. İstinad olunan maddələrə əsasən minimum 5 il azadlıqdan məhrum edilməsi istisna deyil”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın