Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Əli Həsənovun nəvələrinin bahalı avtomobilləri – Video

Əli Həsənovun nəvələrinin bahalı avtomobilləri – Video

Zaman-zaman mətbuatda məmur övladlarının, onların yaxınlarının bahalı həyat tərzləri ilə bağlı yazılar dərc edilir.

Mia.az xəbər verir ki, bu dəfə isə Qaynar.info-ya Sumqayıt şəhərində yaşayan sakinlərdən biri maraqlı video göndərib.

Belə ki, sözügedən videoda görüntülənən maşınlar Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvələrinə məxsusdur.

Qiyməti minumum 150 min dollardan başlayan bu avtomobillər həm markalarına, həm də “zerkalnı” nömrələri ilə şəhər sakinləri arasında çox məhşurdur.

Videodan da göründüyü kimi Əli Həsənovun nəvələri 3 bahalı avtomobili qatar şəklində saxlayıblar. Hətta maşınların seriya nömrələri də bir-birinə bənzəyir.

Videonu göndərən şəhər sakini həmçinin deyir ki, Sumqayıtda “Əli Şamiloviç”in (Əli Şamil oğlu Həsənov xalq arasında daha çox bu adla tanınır) adına hətta maraqlı lətifələr də dolaşıb. Əli Şamiloviçin aldığı evlərin sayı o qədər çoxdur ki, yerli sakinlər “O nədir ki, hər “padyez”də ondan var?” – deyə bir-birlərinə cavabı bəlli suallar verirlər.

Digər bir maraqlı məqam isə Əli Həsənovun aldığı maaşıdır. O, Baş nazirin müavini kimi 2031, komitə sədri kimi isə 1875, toplam 3906 manat maaş alır. Maraqlıdır bu məvaciblə komitə sədri nəvələrinə dəyəri yarım milyona yaxın olan (hələlik bizə məlum olan) maşınları, eləcə də Sumqayıtdakı mənzilləri necə alıb?

Xatırladaq ki, ölkə başçısı bir neçə dəfə məmurların iştirak etdiyi müşavirədə onların və övladlarının bahalı həyat təzi keçirimələriylə bağlı sərt xəbərdarlıq edib. Prezident bir neçə dəfə çıxışında “məmur xalqın qulluqçusu olmalıdır, xalqın ən birinci qulluqçusu da mənəm” deyib. Ancaq görünən odur ki, məmurlar bu tənqidlərdən heç bir nəticə çıxarmırlar.

Qaynar.infosözügedən videonu təqdim edir:

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın