Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Əli Həsənov məcburi köçkünlərin yanan binasına baş çəkdi – FOTO

Əli Həsənov məcburi köçkünlərin yanan binasına baş çəkdi – FOTO

Martın 27-də baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qubadlı rayonundan olan 14 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı Binəqədi rayonu, Sarıqaya massivindəki Novxanı istirahət bazasında baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olub.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, yanğın nəticəsində binanın dam örtüyünün 1200 kvadratmetr sahədə yandığı, lakin mənzillərə ciddi ziyan dəymədiyi bildirilib. Hadisədən dərhal sonra Qubadlı və Binəqədi rayon icra hakimiyyətləri tərəfindən məcburi köçkünlərə kömək göstərilib, təmir işləri başa çatanadək müvəqqəti qalmaları üçün onlara iki aylıq kirayə haqları əvvəlcədən ödənilib.

Sonra Bbş nazirin müavini məcburi köçkünlərlə görüşüb, onların problemləri ilə maraqlanıb.

Əli Həsənov qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinin dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu deyib. Binada məskunlaşan məcburi köçkünlərin 20 ildən artıq müddətdə burada yaşadıqlarını vurğulayan baş nazirin müavini görülən işlərlə bağlı deyib: “Baş vermiş yanğın nəticəsində sakinlərdən xəsarət alan olmayıb. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin həyata keçirdiyi operativ tədbirlər nəticəsində alovun mənzillərə keçməsinin qarşısı alınıb. Lakin binanın 1200 kvadratmetrlik dam örtüyü tamamilə yanıb. Yanğının baş vermə səbəbləri ilə bağlı ciddi araşdırma aparılır”.

Yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı Dövlət Komitəsi tərəfindən təcili tədbirlərin görüldüyünü vurğulayan Əli Həsənov əsaslı təmir işlərinin qısa müddətdə başa çatdırılacağını bildirib. Baş nazirin müavini binada məskunlaşan məcburi köçkünlərin problemlərinin həlli üçün Qubadlı və Binəqədi rayon icra hakimiyyətləri tərəfindən də iş aparıldığını deyib.

Əli Həsənov əsaslı təmir işlərinin yüksək səviyyədə aparılması, binada məskunlaşan ailələrin problemlərinin həlli ilə bağlı tapşırıqlar verib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın