Ana səhifə / Şou Biznes / Əli Abbasov mülklərindən danışdı: “Niyə satmalıyam ki?”

Əli Abbasov mülklərindən danışdı: “Niyə satmalıyam ki?”

Bir neçə gün bundan qabaq musavat.com saytında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun mülklərini satışa çıxarması haqda məlumatlar dərc olunmuşdu. Yayılan məlumatda keçmiş nazirin Bakı şəhərinin müxtəlif yerlərində ona və oğluna məxsus mülkləri təcili satışa çıxardığı, hətda mülklərin dəyərindən çox aşağı qiymətə satıldığı bildirilirdi.

Yayılan məlumatla bağlı bizimyol.info saytının əməkdaşı keçmiş nazir Əli Abbasovla əlaqə saxlayıb. O, açıqlamasında xəbərlərin yalan olduğunu bildirib:

“Belə məlumatlar hardan qaynaqlanır bilmirəm. Mənim elə mülklərim yoxdur ki, mən onları satışa çıxardım. Hansısa qəzet və sayt mənim adıma mülk qoşmasın. Hamı kimi mənim də evim var. Onu niyə satmalıyam? Bu gün mənimdi, sabah da övladlarım, nəvələrim yaşayacaq bu evdə. Mən hazırda elmi işlərlə məşğulam. Belə məlumatlar tamamən yalandır”.

Qeyd edək ki, Əli Abbasov “MTN işi” ilə bağlı məlumatlar ortaya çıxdıqdan sonra, ötən il noyabr ayının 12-də, Prezident İlham Əliyev tərəfindən Rabitə və Yüksək Texnologiyalar naziri vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın