Bazar ertəsi , İyun 21 2021
Ana səhifə / Şou Biznes / “Əlavə gəlir yerim yoxdur” – İzzət

“Əlavə gəlir yerim yoxdur” – İzzət

“Bəzi “İnstagram” izləyiciləri elə şeylər yazırdılar ki… Əvvəl tənqid yazırdılar. İndi tənqid təhqirə keçib. Təhqir isə qarğışa”.

Bu sözləri müğənni İzzət Bağırov ARB telekanalında yayımlanan “Hüseynova bacıları” verilişində qonaq olarkən deyib.

İfaçı tez-tez sosial şəbəkə izləyicilərinin ona qarğış tökməsindən gileylənib: “Əlavə gəlir yerim yoxdur. Toylardan nə qazanıramsa, onunla dolanırdım. Əvvəl “İnstagram”da tənqid yazırdılar. İndi tənqid təhqirə keçib. Təhqir isə qarğışa. Elə qarğışlar yazırlar ki… Heç bir cavab vermirəm, atıram “qara siyahı”ya. Mənim səhifəm sənə xoş deyilsə, baxma. Sonra da sənət adamı çıxıb ona cavab verəndə, olur mədəniyyətsiz. Amma görün nə yazıblarsa, adam özündən çıxıb. Olmaz axı belə”.

Həmçinin oxuyun

“İndiki gözəllər broyler toyuğuna bənzəyirlər” – Rövşanə Ağasifqızı

Aparıcı Rövşanə Ağasifqızı maraqlı açıqlaması ilə diqqət çəkib. Verilişlərdən birinə qonaq olan aparıcı qadın-kişi münasibətlərindən …