Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Əksər məcburi köçkünlər Nazirlər Kabinetinin qərarından bəhrələnə bilməyəcək

Əksər məcburi köçkünlər Nazirlər Kabinetinin qərarından bəhrələnə bilməyəcək

Nazirlər Kabineti büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında qərar verib.

 Kavkaznews.az Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, Baş nazir Artur Rasizadə tərəfindən imzalanan qərara əsasən, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2017-ci il yanvarın 1-dək uzadılıb.

Qərara əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarına tapşırılıb ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə müvəqqəti məskunlaşdıqları ərazilər üzrə orta aylıq əməkhaqqının verilməsini elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişini və onun qeydiyyata alınmasını təsdiq edən məlumatı əldə etdikdən sonra həyata keçirsinlər. Yuxarıda qeyd olunan qurumlara həmçinin tapşırılıb ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra işləməyən və pensiya yaşına çatmayan məcburi köçkünlərin fərdi identifikasiya nömrələri qeyd edilməklə adlı siyahısını 2016-cı il aprelin 1-dək Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim etsinlər, tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər .Elimemmed-Nuri_yev1

Nazirlər Kabinetinin qərarı 32CB7E87-7A24-476C-BEAD-31078F1B21FE_mw1024_s_nnəyə görə ancaq işğal olunmuş rayonların büdcə təşkilatlarında işləyən şəxslərə aiddir? “Dağlıq Qarabağın işğalı vaxtında özəl mülkiyyət institutu Azərbaycanda zəif inkişaf etmişdi və əhalinin çoxu büdcə təşkilatlarında çalışırdı”, – bunu “Konstitusiya” Fondunun rəhbəri, Əliməmməd Nuriyev bildirib.

Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin sədri Arzu Abdullayeva bu fikirlə razı deyil: “Dağlıq Qarabağın əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul idi. Güman ki, onlar büdcə təşkilarlarında yox, kolxozlarda çalışırdılar, bu isə büdcə təşkilatı deyil”. A.Abdullayevanın fikrincə, Nazirlər Kabinetinin qərarı işğal edilmiş rayonların əhalisinin az qismini əhatə edəcək. “Aydın deyil, Nazirlər Kabineti nəyə əsasən düşünür ki, işğal olunmuş rayonların əksər əhalisinə güzəştlər verib”,

 

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın