Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Şou Biznes / “Əgər o müğənnini xoşlayırsansa, vurmayacaqsan…” – Xatirə

“Əgər o müğənnini xoşlayırsansa, vurmayacaqsan…” – Xatirə

Bir neçə gündür müğənni Xatirə İslamın efirə çıxmaq üçün qonorar istəməsi müzakirələrə səbəb olub. Aparıcılar tərəfindən günlərdir qınanan Xatirə aparıcı Afaq Gəncəli ilə qalmaqal yaşayıb.

Aparıcının “Xatirə toylardan qazanır, efirə çıxmağa görə pul istəməsi yersizdir” fikri müğənnini özündən çıxarıb:

“Afaq, sən özün toylara 4000 manata gedirsən. O, zaman ATV-də veriliş apararkən maaş və qonarar almırsan? Ordan qonarar alırsansa, o zaman o verilişdə olan sənətçi də qonarar almalıdır. Çünki sən o verilişdə bəzənib-düzənib istədiyin kimi müğənnni sındırıb, qaldıra bilirsən. Müğənni də gəlib orda üç saatdan çox vaxtını sərf edir. Alınmır, bir də çəkirsiz. Hələ bilinmir müğənni o verilişdən çıxanda necə çıxacaq. Əgər sən o müğənnini xoşlayırsansa vurmayacaqsan, xoşlamırsansa, hardasa iynələyəcəksən. Demisən ki, “bunu dünya ulduzları edər”. Dünya ulduzlarından nəyimiz əskikdir ki?”

Həmçinin oxuyun

“Fəlakət”in keçmiş arvadı sirləri açdı: “Susmağımız, bəlkə də, doğru deyil”

Xəbər verdiyimiz kimi Fəlakət obrazı ilə tanınan Elşən Orucov boşanıb. Aktyor təxminən iki ay öncə …