Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / Əfsanəvi Hollivud ulduzu: “Bakıya gəlmək istəyirəm…”

Əfsanəvi Hollivud ulduzu: “Bakıya gəlmək istəyirəm…”

“Bakı haqqında çox eşitmişəm. Amma orada heç vaxt olmamışam. Mənə danışıblar ki, Bakı çox gözəl yerdir”.

Bu sözləri məşhur Hollivud ulduzu Robert De Niro `Nargis` jurnalına müsahibəsində bildirib.
De Niro Bakıya gəlmək istədiyini açıqlayıb: “Hələlik mənim bununla bağlı dəqiq planım yoxdur. Amma çox istəyriəm ki, Azərbaycana gəlim”.
De Niro təsisçisi olduğu “Nobu” restoran brendinin Bakıda açılmasını arzu etdiyini qeyd edib.
Ulduz aktyor təyyarə ilə uçduğu zaman Bakının üzərindən keçidkərini qeyd edib. “Qətərdən təyyarə ilə qayıdan zaman mənə dedilər biz indi Azərbaycanın üzərindən uçuruq. Ona görə deyə bilərəm ki, mən Bakını artıq quş uçuşu məsafəsindən görə bilmişəm”, – deyə De Niro bildirib. AzVision.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın