Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / Ədliyyə Nazirliyinin idarə rəisi işdən çıxarılıb

Ədliyyə Nazirliyinin idarə rəisi işdən çıxarılıb

Ədliyyə Nazirliyinin baş idarə rəisi işdən azad olunub.

Unikal.org-a daxil olan məlumata görə, Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri Xanlar Zeynal oğlu Zeynalov martın 18-də vəzifəsindən uzaqlaşdırılıb.

X.Zeynalovu Bakı Apellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edir.

Məsələ ilə bağlı unikal.org-a açıqlama verən Xanlar Zeynalov işdən çıxması ilə bağlı bunları deyib: “Mən uzun müddətli məzuniyyətə çıxmışam. Mart ayının 19-da işçiləri yığdım onlarla sağollaşdım və işlərində möhkəm olmağı tövsiyə etdim. Məni Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edəcək. O əvvəllər Sabail Rayon İcra şöbəsinin rəisi vəzifəsində çalışıb”.

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın